Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusu müzakirə edilib

BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin QST üzrə siyasi müşaviri Nərgiz Əzizovanın moderatorluğu ilə keçirilən paneldə Türkiyə Böyük Millətlər Məclisi Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan, Braziliya Universitetinin professoru, Jao Pessoa şəhərinin meri Leyla Bijos, “Diploria Netherlands”ın direktoru dr. Alis Boman-Dentener, “We Need to Talk Association”un rəhbəri, DİM üzrə fəal İlayda Eskitaşçıoğlu, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü dr. Elgün Səfərov, Səfir, Gabon Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Rakel Annik Oqula Akiko, UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat mövzu ətrafında çıxışlar ediblər. Müzakirələr zamanı qeyd edilib ki, belə beynəlxalq görüşlər fikir və təcrübə mübadiləsində olduqca mühüm rol oynayır. Həmçinin qadın və kişi bərabərliyinin təmin olunması istiqamətində böyük addımlar atıldığını, gender bərabərliyinin təmin olunmasında təkcə parlamentlərin deyil, bütün dövlət orqanları və cəmiyyətin birgə mübarizə aparmalı olduğu kimi diqqətə çatdırılıb. Çıxışlar zamanı məruzəçilər ölkələrində gender bərabərliyinin təmin olunması, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, həmçinin təbii resurslara çıxışının təmin olunması istiqamətində öz təcrübələrini bölüşüblər. UNESCO-nun proqram mütəxəssisi Qarans Sarlat bütün məruzələri icmal edərək, hər bir çıxışın açar sözlərini qeyd edib və əlavə edib ki, artıq qadınlar təşkilatlandır və mədəniyyətlərarası dialoqlarda təsir etmək imkanına malikdirlər. Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.

Ətraflı
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiya işinə başlayıb. “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusuna həsr edilən sessiyada Azərbaycan və Uqandanın həmkar qurumlarının rəhbərlərinin açılış nitqləri dinlənilib. Forum iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, səmərəli və müxtəlif tərəfləri əhatə edən bu dialoq platforması vasitəsilə həm təcrübələrin paylaşılması, həm də bərabər və inklüviz əməkdaşlıq formatının yaradılmasına nail olunduğunu bildirib. Hazırda sülh və təhlükəsizlik məsələlərinin milli və beynəlxalq gündəliyin əsas mövzusu kimi bütün platformalarda aktuallaşmaqda olduğuna diqqət çəkən sədr, belə bir dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina çirklənməsini dünyanın bağrında qara ləkə adlandırıb. B.Muradova deyib ki, müsəlman Şərqində ilk seçki hüququ qazanan qadınlarımıza ölkəmizdə hər zaman dərin ehtiram bəslənib, ana haqqı uca tutulub. Hazırkı dövlət qadın siyasətinin başlıca prinsipləri də məhz bu çoxəsrlik zəmin üzərində formalaşmanı şərtləndirmişdir. Qeyd edilib ki, qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair məsələlər haqlı olaraq bütün formatların gündəliyinin ön sıralarında yer almaqdadır. Komitə sədri hələ 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iki günlük forumda bu mövzunun Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə geniş müzakirə edildiyini xatırladıb. Əlavə edib ki, Forum çərçivəsində qəbul edilən yekun sənəddə qarşıya qoyulan vəzifələrin icrası üçün xeyli işlər görülüb. Son 20 ildə ölkəmizdə və dünyada iş dünyasında qadınların rolu və çəkisinin intensiv sürətdə artdığı göz önündədir. Buna nümunə olaraq B.Muradova, bu illər ərzində Azərbaycan qadınlarının 3 qurultayı və 1 Forumu, həmçinin ötən il Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ı keçirildiyini vurğulayıb. Qadınların inkişafı təhsildən və iqtisadi gücləndirmədən keçir deyən Komitə sədri, çıxışının sonunda qeyd edilən məsələri gündəliyə yatırmaq, sülh və təhlükəsizliyə nail olmaq üçün qadınların bu prosesə geniş cəlb olunması, eləcə də dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədilə təklif və tövsiyələrini diqqətə çatdırıb. Çıxış edən Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom, belə bir qlobal Forumda bir araya gəlmək imkanına görə ölkə Prezidentinə və təşkilatçılara təşəkkürünü bildirib. O, Bakının qlobal icmada dünyəvi dəyərlər və narahatedici məslələrin, eləcə də sülh, təhlükəzlik və insan hüquqları sahəsində mütəmadi müzakirəsi üçün müxtəlif ölkələri bir araya gətirən nüfuzlu bir şəhərə çevrildiyini vurğulayıb. Qloballaşmanın millətlərin mədəniyyət, din, adət-ənənələr və insan hüquqları üçün məqbul normalar müəyyən etdiyini və universallıq yaratdığını bildirib. Qadınların üzləşdiyi problemlərə diqqət çəkən nazir, bu məsələlərin həllində qadın hüquqları, mədəniyyət və dinin birgə dialoqunun əhəmiyyətini vurğulayıb. O, sonda qeyd edib ki, perspektivləri dəyişdirmək, qadın hüquqlarını qorumaq üçün sosial birlikləryaratmalıyıq və qadınların kişilərlə birlikdə iştirakı iləhökumət, parlament və sivil cəmiyyət nümayəndələri, eləcə də dini liderlərlə birgə zərərli gender stereotiplərini aradan qaldırmaq üçün səyləri birləşdirməliyik. Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edir.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən növbəti görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, mövzu haqqında ətraflı danışıb, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə əhali arasında görülən işlər barədə görüş iştirakçılarına məlumat verib. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında yerləşən 284, 90 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və Azərbaycan Dənizçilik Kollecinin tələbələri ilə keçirilən görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbələri ilə keçirilən görüşdə isə psixoloq Aydan Xasməmmədzadə  iştirak edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və çap vəsaitləri paylanılıb. Qeyd edək ki, layihənin əsas məqsədi uşaq və yeniyetmələrin, gənclərin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər, fəsadlar haqqında maarifləndirilməsi, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsidir.  

Ətraflı
Komitədə Qətər nümayəndə heyəti ilə görüş keçirilib

29 aprel 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri xanım Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, Azərbaycanla Qətər arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini, Qətərlə dostluq, əməkdaşlıq münasibətlərinə üstünlük verildiyini, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahədə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib. O, Azərbaycanın Avropayla Asiyanın kəsişməsində, çox strateji, coğrafi və geosiyasi bir məkanda yerləşdiyinə, Şimalla Cənub, Şərqlə Qərb arasında körpü rolunu oynadığına diqqət çəkərək, bu məqamın üstünlüyü və çətinliklərindən danışıb. Hazırda ölkəmizdə hökm sürən multikultral mühitə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə diqqət çəkən sədr, Azərbaycanın mövqeyi və təcrübəsinin öyrənilməli müsbət nümunə olduğunu deyib. B.Muradova bildirib ki, istər təbii fəlakətlər, ərazi iddiaları və işğalla bağlı hüququ pozulan, yaşamaq imkanları məhdudlaşan qaçqın və məcburi köçkünlərin, miqrantların, digər ölkələrdən Azərbayacana pənah gətirənlərin hüquqlarının qorunması Azərbaycan hökümətinin ən ümdə vəzifəsidir: “Azərbaycan, müharibələrə son qoyulması, insanların öz doğulduğu məkanda yaşamaq hüququnun təmin olunması üçün mübarizə aparır, İslam dünyası və özünü demokratik Qərb adlandıran düşərgənin ölkələri ilə bu hüquqların təmin olunmasına çalışır. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi və Qoşulamama Hərakatı çərçivəsində məhz bu qayəylə birləşmiş insanların öz hüquqlarına qovuşması uğrunda mübarizə aparırıq”. Bu gün Füzuliyə növbəti köçün reallaşdığını diqqətə çatdıran Komitə sədri, Zəfərdən əvvəlki görüşlərdə bu problemin ağırlığından danışıldığını xatırladıb. Əlavə edib ki, artıq hər gün baş verən hadisələr nikbin olmağa, sabaha ümidlə baxmağa vadar edir. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiya Azərbaycanın uzun illər müharibədən əziyyət çəkməsinə baxmayaraq ölkədə böyük bir inkişafın şahidi olduğunu qeyd edib. O, bunu hökumət və vətəndaş cəmiyyətinin əl-ələ verərək ölkənin inkişafına birgə töhfəsinin göstəricisi adlandırıb. Qətər rəsmisi iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb, həmçinin insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarına diqqət çəkib. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq, bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyini əlavə edib. Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini qeyd edən qonaq, uzun illər müharibədən əziyyət çəkmiş Azərbaycana humanitar sahədə dəstək verməyə hazır olduqlarını bəyan edib. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.

Ətraflı
Bahar Muradova Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş elmi-praktiki konfransda çıxış edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.  Konfransdan öncə İnstitutun Ekspozisiya zalında “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub.  Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, divan ədəbiyyatında bitki obrazları və təbiət motivlərinin bir qayda olaraq, ətraf mühitin gözəlliklərini, yaşamın mənasını və insan duyğularını simvolizə etdiyini qeyd edib. B.Muradova daha sonra Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan bəhs edərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, görkəmli alimin tərcümeyi halı,çoxşaxəli fəaliyyəti hər bir insan, həkim, alim və ictimai xadim üçün əsil kamillik məktəbidir. Komitə sədri bildirib ki, Azərbaycan xalqının adını və əməllərini çox böyük ehtiramla xatırladığı parlaq şəxsiyyət, akademik Zərifə Əliyeva şərəfli həyat yolu, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi ilə də insanların taleyində oynadığı əhəmiyyətli roluna görə qəlblərdə və xatirələrdə yaşamaqdadır. O qeyd edib ki, vətəninə, xalqına, peşəsinə sadiqliyin nümunəsi olan Zərifə xanım milli - mənəvi və ailə dəyərlərinin qorunması, təbliği və inkişafı sahəsində ənənələrə sadiqlik üzərindəki müasirliyi ilə hər kəsin qəlbində özünə yuva salmışdır.  

Ətraflı
Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndərin və akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar.  

Ətraflı
Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbəri Azər Allahverənov və bu koalision təsisatın digər təsisçilər ilə görüşüb.   Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. MƏP nümayəndələrinin Dövlət Miqrasiya Xidməti yanında ictimai şurada təmsil olunduğu dövrdə də fəallığına diqqət çəkən sədr, platformanın yaradılmasının müsbət bir təcrübə olduğunu qeyd edib. Əlavə edib ki, belə təşkilatların cəmiyyəti narahat edən müxtəlif sahələrə töhfə verəcəyinə, o cümlədən bu proseslə məşğul olan ictimai şuraların da sonradan belə platformalar yaratmasına təkan olacağına inanır. Ölkəmizdə çox sayda vətəndaş cəmiyyəti institutunun fəaliyyət göstərdiyini vurğulayan B.Muradova qeyd edib ki, qeyri-hökumət təşkilatları konkret istiqamətlər üzrə peşəkarlaşmalı, müvafiq sahənin işinə töhfə verməli və belə əməkdaşlıq platformalarının yaradılmasında yaxından iştirak etməlidir. Tarixi Zəfərin ölkəmizdə hər bir sahədə daha sürətli inkişafa təkan verdiyini vurğulayan sədr, dövlət orqanlarının fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq etdiyinə diqqət çəkib. O, çıxışının sonunda müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və İctimai Birliyin gələcəkdə Komitənin  fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə daha geniş yer ayıracağına ümidini ifadə edib. Səmimi qəbula görə təşəkkürünü bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov, təşkilatın yaradılması tarixindən və qısa müddətdə həyata keçirdiyi layihələrdən danışıb. Miqrasiya sahəsinin çoxşaxəli və maraqlı bir sahə olduğunu deyən sədr, Azərbaycanda miqrasiya proseslərinin aktiv olduğunu qeyd edib. Təşkilatın reallaşdırdığı layihələrin nəticələrindən söz açan A.Allahverənov, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb, gələcəkdə fəaliyyət istiqamətlərinin daha da genişlənəcəyini bildirib. O, Azərbaycanda bu sahədə yeganə təşkilat olan MƏP-in Komitə ilə əməkdaşlığa önəm verdiyini, hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Görüşün davamında Komitənin yenilənmiş Uşaq Məlumat Bankı, gender bərabərliyinin təmin olunması, erkən uşaqlıq dövründə inkişaf, vətəndaşların ailə üzvlərinin repatriasiya və readmissiyası istiqamətində fəaliyyəti, Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlar qarşısında təqdim etdiyi hesabatlarla bağlı məlumat verilib və müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ətraflı
Növbəti “açıq qapı” günü keçirilib

24 aprel 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Şağan, Zərdab rayonunun Gəlmə, Zaqatala rayonunun Kebelobad, Saatlı rayonunun Sımada, Qəbələ rayonunun Aydınqışlaq, İsmayıllı rayonunun Mican, Hacıqabul rayonunun Muğan, Goranboy rayonunun Şəfəq, Ağdam rayonunun Yeni Quzanlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı”da mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı ümumilikdə 110 müraciət dinlənilib və onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

Ətraflı
Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə insan alveri mövzusunda onlayn təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 aprel 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri, həmçinin Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi regionlarından olan nümayəndə və fəalların iştirakı ilə təlim proqramı təşkil edilib. Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Ananlitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə barədə məlumat verib. Əlavə edib ki, bununla bağlı ölkəmizdə hüquqi-normativ baza müəyyən edilib. O, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildiyini diqqətə çatdırıb.  Uşaqların həyata keçirilən maarifləndirmə prosesinə, həmçinin öz həmyaşıdları arasında təbliğat işlərinə cəlb edilməsinin müsbət nəticələrindən bəhs edən G.Məhərrəmzadə bildirib ki, bu məqsədlə mütəmadi olaraq həm Məclisin üzvləri, həm də regionlar üzrə nümayəndələrin təlimçi kimi formalaşdırılması üçün tədbirlər həyata keçirilir. Daha sonra ekspert qismində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis pokovnik-leytenantı İbrahim Əhmədov çıxış edərək, idarənin yaranması və fəaliyyəti haqqında məlumat verib. O, “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından bəhs edildiyini bildirib. Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb. Qeyd olunub ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir. Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli Uşaq Səfirlər Məclisi nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi, təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə uşaqlara bu kimi təlimlərin davamlı olması üçün təmsil etdikləri rayon və məktəblərdə öz həmyaşıdlarına da keçmələrini tövsiyə edib. 100-ə yaxın uşağın iştirak etdiyi təlimin sonunda İ.Əhmədov tərəfindən suallar cavablandırılıb.   

Ətraflı